İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Namizədin sənədlərini yoxlanması və qəbulu
  • İşə qəbul prosesinin 1C də işlənməsi (Əmək müqaviləsi)
  • İşə qəbul prosesinin emasda işlənməsi (Əmək müqaviləsi)
  • Sürücülərin qəbulunun 1 C də işlənməsi (xidməti müqavilə)
  • Dəyişikliklərin 1 C və Əmasda həyata keçirilməsi
  • İşə qəbul, dəyişiklik və ya işdən azad olunanlara zəng vurmaq (məlumat verilir ki yaxınlaşıb anbarda müqaviləni imzalasınlar)
  • İşə qəbul olunan sürücülərin müqaviləsinin scan edilməsi, adlandırılması və maliyyəyə göndərilməsi
  • İşə qəbul olunan sürücülərin VOEN nömrəsini KONTRAGEN yaradılması üçün yazıb maliyyəyə göndərilməsi (hamisi bir yerde)
  • Elektron imzaların maliyyəyə bir bir təqdim edilməsi
  • Qəbul olunan işçilərin sənədlərinin komplektləşdirilməsi (ardıcıllıqla yığmaq, şəkli yapışdırmaq, deşib papkaya tikmək, adlandırmaq, əmək kitabçasını yazmaq və yerləşdirilməsi şkafa)
  • WhatsApp və teleqramda müraciətlərin cavablandırılması
  • Bir başa rəhbər tərəfindən verilən digər  tapşırıqların icrası

Təcrübə: 

  • Ali təhsil ( sosiologiya, hüquq, insan resursları, menecment kimi  sahələrdə ali təhsil arzu olunandır)
  • Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi 
  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
  • Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
  • MS Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilməli;

İş şəraiti:

  • İş rejimi: 5/2
  • Əmək haqqı: 1000-1300 azn
  • İş yeri : Baku White City

Uyğun namizədlərin CV-lərini “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməkləri xahiş olunur.