İşin təsviri
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Rus dilini və İngilis dili biliyi;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli:
Vəzifə Öhdəlikləri:
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
- Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
- Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
- Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
- Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
- Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
- Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
- Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
- Məsul olduğu kateqori, marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
- Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
- Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
- Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
- Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan məhsullarla ilgili önləm alınması üçün satış və ticari marketinq komandasının məlumatlandırılması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
- Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
- Kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend Menecer” qeyd etməyiniz xahiş olunur.