Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim (Zərdab)

İşin təsviri

Əməkhaqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibb təhsili 
  • Sahə üzrə staj tələbi yoxdur.
  • Qüvvədə olan sertifikasiya şəhadətnaməsi, BLS və ALS proqramları üzrə sertifikatların olması arzuolunandır.

Müraciət qaydası:

CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini e-mail ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: TTY üzrə həkim-Zərdab) qeyd edərək müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)

Son müraciət tarixi:  28.07.2024

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.