Korporativ Satış Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni  müştərilərin cəlb edilməsi, mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Korporativ satışla bağlı bazarın araşdırılması və müştəri tələbatlarının öyrənilməsi;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması; 
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
  • Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;

Namizədə dair tələblər:

  • 25-40 yaş; 
  • Ali təhsil; 
  • Dillər : Azərbaycan dili (rus dili mütləqdir, ingilis dili arzuolunandır) ;
  • Tikinti materiallarının  Korporativ Satışı üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • İnandırma və təqdimat bacarığı;
  • Nəticəyönümlülük və punktuallılıq.

Təkliflər:

  • Ofis- Dərnəgül. Əhməd Rəcəbli 266;
  • 5 gün 09:00 -18:00, 6-cı günü 09:00 -13:00;
  • Əmək haqqı – 650 AZN + bonus (Net+Bonus 1500-2000 AZN) ;
  • AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə;
  • Korporativ nömrə;
  • Nəqliyyat xərcləri.

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “KS Menecer” yazaraq email ünvanına göndərmələri xahiş olunur. Bu halda biz əmin olacağıq ki, sizə bu elan uyğundur və bu elanı sonuna qədər oxuyub şərtlərlə tanış olmusunuz.