Anbardar

  • Oven Food Bakery
  • Elanın qoyulma tarixi: 09.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Anbara Nəzarət etmək
  • Malın qəbulunu, qəbul edilən malların siyahı üzrə yoxlanılması;
  • Malların stokunu nəzarətdə saxlamaq və sifarişin verilməsi;
  • Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və s.)
  • Aylıq sayımda iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
  • Hesabatların tərtibi və birbaşa rəhbərə təqdim olunması;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;

Tələb olunan bilik və bacarıqlar:

  • Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;
  • 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı; 
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
  • Stresli iş şəraitində işləmə bacarığı.
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmək.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: 1 ildən 3 ilə kimi təcrübə; Qida və qənnadı istehsalı sahəsində təcrübəsi olanlara üstünlük verilir;

İş şərtlərimiz:

  • İş qrafiki : 6 günlük iş qrafiki, 09:00-17:00 (şənbə günü 09:00-dan - 14:00-dək);
  • İş yeri : Balaxanı Sənaye Parkı;
  • Servis şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – 800-1000 azn;