İşin təsviri
Öhdəliklər:
- Şirkət tərəfindən təqdim olunan nəqliyyat vasitəsi ilə məhsulların ünvanlara çatdırılması
- Malın daşınma zamanı qorunmasının təmin edilməsi
- Malın düzgün yüklənməsi və boşaldılmasına nəzarətin həyata keçirilməsi
- Daşıma əməliyyatlarına dair sənədlərin rəsmiləşdirilməsində iştirak
- Təqdim olunmuş nəqliyyat vasitəsinin qoruması və istismara yararlı vəziyyətdə saxlanması
- İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələblər:
- Maşın ehiyat hissələri (təkər, akkumlyator və maşın yağı) satışı üzrə 1 ildən artıq iş təcrübəsi
- İntizamlı və məsuliyyətli olmalı
- Sürücülük vəsiqəsi “B” kateqoriya
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü-Ekspeditor” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.