Layihələrin idarəolunması şöbəsinə Böyük məsləhətçi

İşin təsviri

İş yeri:Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və İngilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Tələb olunan sertifikatlar-PMP sertifikatı (arzuolunandır)

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Layihələrin idarə olunması üzrə beynəlxalq standartları bilmə və tətbiq etmə
  • Məsuliyyətlilik
  • Təşəbbüskarlıq
  • Nizam – intizamlılıq
  • Analitik düşüncə 
  • Nəticəyönümlülük
  • Təşkilatçılıq bacarıqları

İşin təsviri:

  • Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək, həll yolları ilə bağlı təkliflər vermək;
  • Cədvəllər, mərhələlər və resurs bölgüsü daxil olmaqla ətraflı layihə planı hazırlamaq;
  • Potensial layihə risklərini müəyyən etmək və risklərin azaldılması üçün strategiyalar hazırlamaq;
  • Problemləri həll etmək və layihənin pozulmasını minimuma endirmək üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
  • Layihələrdə resursların istifadəsinə nəzarət etmək və lazım olduqda tənzimləmək;
  • Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
  • Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
  • Müvəffəqiyyətləri, çətinlikləri və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün layihədən sonra nəzərdən keçirmək;
  • Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Təşkilatın missiyası və məqsədlərinə uyğun gələn layihələr üçün vizyon və uzunmüddətli hədəflər hazırlamaq;
  • Səhiyyə layihələri ilə bağlı potensial riskləri müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq;
  • Gözlənilməz problemləri həll etmək üçün fövqəladə hallar planları hazırlamaq;
  • İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi - Böyük məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 14 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.