İnteryer Dizayner

İşin təsviri

Təsvir:

  • Sahələri ziyarət etmək, layihələr üzrə şərtləri və məhdudiyyətləri qiymətləndirmək;
  • Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək və CAD fayllarına çevirmək;
  • Layihə tələblərinin müəyyən edilməsi üçün İcarə Komandası ilə əməkdaşlıq etmək;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
  • Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
  • İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
  • Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;
  • 1C proqramından istifadə etməklə layihə ilə bağlı malların sifarişi;
  • Ən yaxşı təcrübə və şirkət standartlarına riayət olunmasını təmin etmək;

Tələblər:

  • Memarlıq üzrə ali təhsil;
  • Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə 5 illik peşəkar təcrübə;
  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
  • AutoCAD proqramında texniki biliklər;
  • Güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
  • İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
  • Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
  • Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
  • Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
  • Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
  • Fərdi və ya komanda tərkibində işləmək, eləcə də çarpaz funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.

Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır.

İşəgötürənin reytinqi

Facility Management Group tərəfindən digər vakansiyalar