İşin təsviri
Strategiyanın Planlaşdırılması və İnkişafı:
- Məqsədlərə çatmaq üçün telemarketinq strategiyalarının həyata keçirilməsi.
- Effektiv kampaniyalar üçün bazar tendensiyalarının və rəqiblərin təhlil edilməsi.
Komanda və Performans İdarəetməsi:
- Məqsədlər təyin edilməsi, tərəqqiyə nəzarət və müntəzəm görüşlərin keçirilməsi.
- Zəng keyfiyyətinə nəzarət və keyfiyyətin təhlil edilməsi.
- Müştəri ilə səmərəli qarşılıqlı əlaqə üçün zəng skriptlərinin yaradılması və yenilənməsi.
- Skriptdən istifadə və uyğunlaşma üzrə işçi heyətinin öyrədilməsi.
Müştəri verilənlər bazası və saxlanmasının idarə edilməsi:
- Müştərilərin dəqiq məlumat bazalarını saxlamaq.
- Hədəflənmiş kampaniyalar üçün seqmentləşdirmə strategiyaların hazırlanması.
- Müştərilərin itirilməsini təhlili və onları saxlamaq üçün tədbirlərin görülməsi.
Təhlil, Hesabat və KPI İdarəetmə:
- Kampaniya məlumatlarının toplanılması və təhlili.
- Nailiyyətlər və problemlər haqqında hesabatlar hazırlanması, məlumatlara əsaslanan qərarların qəbul edilməsi.
- Əsas performans göstəricilərinin (KPI) müəyyən edilməsi və onlara nəzarət edilməsi.
Büdcə və Texnoloji İdarəetmə:
- Telemarketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi.
- Texniki avadanlıq və alətlərin düzgün işləməsinə nəzarət.
Motivasiya və Münaqişənin İdarə Edilməsi:
- Bacarıqları artırmaq üçün müntəzəm təlimlərin təşkil edilməsi.
- Həvəsləndirici və bonus proqramlarının həyata keçirilməsi.
- Kommunikasiyanı yüksəltmək üçün tədbirlərin təşkil edilməsi.
- Komanda və müştəri problemlərinə operativ reaksiya göstərilməsi.
Koordinasiya və Xarici Əlaqələr:
- Kampaniya koordinasiyası üçün fərqli departamentlər ilə əməkdaşlıq.
- Xidmət təminatçıları və autsorsing şirkətləri ilə əlaqələrin idarə edilməsi.
- Xarici tərəfdaşlardan yüksək keyfiyyətli xidmətin alınması.
Reklam kampaniyasının idarə edilməsi:
- Kampaniyaları inkişaf etdirmək və həyata keçirmək üçün marketinqlə əlaqə yaradılması.
- Müştəri cəlb etmək üçün hədəf qrupları və kanalların müəyyən edilməsi.
Tələblər:
- Ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığı
- Çeviklik və dəyişikliklərə uyğunlaşma
- Liderlik, proses və satış idarəetmə bacarıqları
- Müştəri ehtiyaclarını anlamaq
- Aİ ilə təcrübə
- Nəticələri və effektivliyi qiymətləndirmək bacarığı
- Planlı yanaşma
- Fikrini izah etmək bacarığı
Təhsil və bilik:
- Ali təhsil
- Kompüter bacarıqları: MS office proqramları, 1C, SAP
- Azərbaycan, ingilis və rus dili bilikləri
İş yeri:
- Qafqaz Biznes Mərkəzi
- Bakı şəhəri, Heydər Əliyev pr., 125, 1029
İş saatı: 10:00 – 19:00
Müraciət qaydası:
CV-nizi “Loyallıq üzrə telesatış meneceri” mövzu başlığı ilə email adresinə yollayın.