İşin təsviri
Vəzifələri:
- Yemək reseptlərinin toplanması və yazılması;
- Həftənin bəzi günlərində yeməklərin hazırlanması və təqdimatına dair çəkilişlərdə iştirak etmək;
- Veb sayt üçün keyfiyyətli və orijinal kontent yaratmaq;
- Mövzuya uyğun olaraq məzmunların yaradılması və veb saytda yerləşdirilməsi.
Namizədə tələblər:
- Yaş həddi: 23-40
- Reklam sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Azərbaycan dilinin qrammatik norma və qaydalarını mükəmməl bilməli;
- Yaradıcı düşünmə qabiliyyətinə malik olmalı və orijinal kontent yarada bilməli;
- Yemək reseptləri və kulinariya sahəsində maraqlı və məlumatlı olmalı;
- Komandada və fərdi olaraq işləmək bacarığına sahib olmalı;
- Rəqəmsal məzmun yaratma və redaktə etmə bacarığı arzuolunandır.
Zəhmət olmasa CV-lərinizi göndərərkən mövzu yerinə "Veb Kontent Yaradıcısı" qeyd edərsiniz.