Geodeziya mühəndisi

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 28.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Geodeziya İstinad Şəbəkəsinin qurulması və yerində aktla podratçıya təhvil verilməsi;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin işinin monitorinqi və idarə edilməsi;
  • Geodeziya işlərinin yerinə yetirilməsinə nəzarət etmək (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanması;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Layihələndirmə və istehsalat prosesinə daxil olan bütün tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Tələblər:

  • Ali Təhsil (Geodeziya mühəndisliyi üzrə);
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri MS Office, AutoCAD, AutoCAD Civil 3D;
  • Dil bilikləri: Azərbaycan dili - səlis;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.