İşin təsviri
İş yeri: Bakı
İş rejimi: 6 günlük (şənbə günü 10:00-13:00)
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.
Vəzifə öhdəlikləri:
- Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
- Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
- Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
- Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Səhiyyə sahəsində xüsusəndə laborator tibbi diaqnostika bölümündə təcrübə sahibi olmaq;
- Tibbi və ya bioloji təhsili olmaq üstünlükdür;
- Problemlərə həll yönümlü yanaşma;
- Analitik düşünmə, data analizetmə və qərar vermə bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
- Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
- İngilis və rus dili bilikləri;
- Tibbi laborator diaqnostik cihazların satışında ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.