Mikro kreditlər üzrə kiçik mütəxəssisi

  • Unibank
  • Elanın qoyulma tarixi: 14.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyalar Səlyan, Şəki, Gəncə, Tovuz filialları üçün nəzərdə tutulmuşdur.

İşin təsviri:

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Ünsiyyət qurmaq və Azərbaycan dilində sərbəst danışmaq bacarqıları;
  • İşdə dəqiqlik, məsuliyyətlilik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 İyun 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikro kreditlər üzrə kiçik mütəxəssisi – Regionun adı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi