Risklərin idarə edilməsi şöbəsinin Böyük/Baş mütəxəssisi

İşin təsviri

İş haqqında məlumat:

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
  • Risk və Maliyyə sahələri üzrə ən azı 3 illik təcrübə; 
  • İngilis dili biliyi mütləqdir;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı; 
  • BI və data analitika bilikləri; 
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklərə malik olmaq; 
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üsulları barədə məlumatlı olmaq;
  • Sığorta, kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi üzrə biliklər;
  • İş qrafiki: 5 günlük, 09.00-18.00

Tibbi sığorta qarşılanır

Əmək haqqı: razılaşma yolu ilə

Maraqlanan şəxs CV-sini, mövzuda “Risklərin idarə edilməsi şöbəsinin Böyük/Baş mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərə bilər.