Usta (Briqadir)

  • Texno Service MMC
  • Elanın qoyulma tarixi: 01.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Texno Service” MMC şirkəti Usta (Briqadir) vakansiyasına yığım elan edir.

Vəzifə  öhdəlikləri:

- Sahənin istehsal-təsərrüfat fəaliyyətini idarə edir;
- İşlərin vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsinə nəzarət edir;
- Layihə sənədləri, normativ aktlar və digər sənədlərə uyğun şəkildə  tikinti işlərinin görülməsinə nəzarət edir;
- Görülən işlərin uçotunu aparır, texniki sənədləşmə işlərini həyata keçirir;
- İşçilərin nizam-intizam və təhlükəsizlik qaydalarına riayyət etməsinə nəzarət etməli.

Namizədlərə  tələblər:

- Orta-texniki təhsil;
- Yaş həddi: 40 yaşdan yuxarı;
- Tikinti sahəsində 5 ildən artıq təcrübə, o cümlədən svayvurma işlərində  təcrübəyə (arzu olunandır) malik olmalı;
- İdarəçilik xüsusiyyətlərinə malik olmalı və kollektivdə işləməyi bacarmalı.

Qeyd olunan tələblərə uyğun şəxslər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər. Məktubun Məzmun yerində Usta (Briqadir) yazmanız xahiş olunur.

Texno Service MMC tərəfindən digər vakansiyalar