Texniki İstehsalat Şöbəsinin Rəisi

  • Texno Service MMC
  • Elanın qoyulma tarixi: 01.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Görülən iş üzrə smetaların tərtib olunması;
- Zərurət olduqda smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin Aktı (Forma №2) hazırlanması;
- Forma №2 əsasında texniki hesabatların tərtib olunması;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması;
- Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək.

Namizədlərə tələblər:

- Təhsil: Ali (Sənaye və Mülki binaların  tikintisi), İnşaat mühəndisliyi;
- Monolit və dəmir-beton svayların və JET Qroutinq işləri üzrə  təcrübəyə malik;
- Yaş həddi: 27-60 yaş arası
- Təcrübə: 3 ildən artıq

Qeyd olunan tələblərə uyğun şəxslər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər. Məktubun Məzmun yerində Texniki İstehsalat Şöbəsinin Rəisi yazmanız xahiş olunur.

Texno Service MMC tərəfindən digər vakansiyalar