Memar-dizayner

  • Concord İnşaat
  • Elanın qoyulma tarixi: 01.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət : CONCORD İNŞAAT

Vəzifə : Memar-dizayner

İş yeri : Bakı

Yaşı və cinsi : 20-35, Qadın və ya  Kisi

Əsas vəzifə öhdəlikləri

-Layihələndirilən obyektə dair sifarişçinin tələblərini qəbul edir
- Obyektə ilkin baxış və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərini aparır
- İlkin eskizin/çizginin hazırlanmasını əl ilə və yaxud müvafiq komputer proqramları vasitəsilə təmin edir
- İlkin eskiz/çizgini Sifarişçi ilə müzakirə edir və razılaşdırır
- Yüksək keyfiyyətli üç ölçülü təsvirləri (3D) hazırlayır
- Memarlıq və mühəndis çizgilərdən ibarət olan Layihə paketinin tərtib və hazırlanmasında bilavasitə iştirak edir
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətini təmin edir
- İş saatları: 09.00-19.00,  6 günlük iş rejimi
- Nahar şirkət hesabına

Namizədə tələblər

Tələb olunan peşə-ixtisas səviyyəsi:

- Memar
- Müvafiq sahədə ali təhsil (Memar diplomu)
- Müvafiq sahədə iş təcrübəsi 1-3 il olmaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək
- Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, türk, ingilis dili mütləq, rus dilini bilməsi arzuolunandır
- 3dMax(VRay), AutoCAD komputer proqramlarını bilmək
- Əl ilə eskizləri çəkmək bacarığı
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir neçə işi eyni zamanda aparmaq bacarığı
- Yaxşı şəxsiyyətlər arası və ünsiyyət bacarıqları

Əmək haqqı : 500-1000 AZN (Təcrübədən asılı olaraq)

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkil ilə)  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Concord İnşaat tərəfindən digər vakansiyalar