Smetaçı-Mühəndis

İşin təsviri

Rövşən Oğuz Qrup – 100 % yerli sərmayə əsasında fəaliyyət göstərən, əsası 1991-ci ildə qoyulmuş bölgədə mülki inşaat işləri, müxtəlif növ mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin uzunmüddətli və ya birdəfəlik texniki qulluğu, təmizlik xidməti və təmiri, istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən  5 ulduzlu“AFRA” otelində istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

Smetaçı-Mühəndis

Müəssisə: “ Rövşən Oğuz Qrup “ MMC

Departament: Layihə Smeta Bürosu

Vəzifə: Smetaçı-Mühəndis

Əmək haqqı:  700-1000AZN (İşçinin bilik-bacarığından asılı olaraq dəyişəcəkdir)

İş saatı: Həftə içi 5 gün 9:00-18:00 (Şənbə, Bazar günləri istirahət)

Əsas vəzifə-öhdəliklər:

- Tam, yaxud qismən tikilinin qüsur aktının hazırlanması ;
- İş həcmlərinin açıqlanması və qiymətləndirilməsi;
- Kiçik iş həcmlərinin layihələndirilmısi;
- Smetalara uyğun işlərin texnologiyasından asılı olaraq iş qrafiklərinin hazırlanması;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir;

Tələb olunan keyfiyyətlər:

- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsinin inşaat mühədisi diplomu)
- Qeyd olunan sahədə ən azı  3 (üç) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında(Word, Excel) işləmək bacarığı;
- AUTOCAD bilməli;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını(İnşaat mühəndisi) qeyd etməklə göndərmələri xahiş olunur.