Sahə rəisi

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 31.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
  • İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
  • Korporativ nömrə ilə təmin olunma;;
  • İş yeri: Qarabağ    

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 5 ildən artıq
  • Yaş : 35 - 50
  • Cins : Kişi
  • Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq;
  • MS Office və Autocad proqramında işləmə bacarığı.

Crystal Group tərəfindən digər vakansiyalar