Baş Mühasib

İşin təsviri

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən yalnız bəy namizədlər CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

İş barədə məlumat:

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; 
  • Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Müəssisələrin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; Şənbə - qısa iş günü 
  • İstirahət: Bazar günləri;
  • Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq;
  • Ünvan: Heydər Əliyev prospekti 115 Sport plaza

 Tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 4 (dörd) il 
  • Cins : Kişi
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Dil biliyi: Azərbaycan dili-yülsək səviyyədə, Rus və İngilis dili bilənlərə üstünlük veriləcək;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
  • PMS sertifikatı arzuolunandır; 
  • Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.