İşin təsviri
İş yerinin təsviri:
- Şirkətin müxtəlif sənədlərin hazırlanmasına köməkliyin göstərilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatının aparılmasında köməkliyin göstərilməsi;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında ilkin biliklər;
- 1C ERP sistemində uçotun aparılması - şirkətin gündəlik fəaliyyətinin ERP-də uçotda düzgün əks etdirilməsi;
- Bank və kassa əməliyyatlarının aparılması;
- Elektron qaimə qəbulu və göndərilməsi;
- Bank və kassa əməliyyatları işlənməsi;
- Debitorlar və kreditorlar üzrə gündəlik və aylıq hesabatların tərtib edilməsində iştirak etmək;
- Daxili hesabatların hazırlanması və təqdim olunmasında iştirak etmək.
İş şəraiti:
- Əmək haqqı 1000-1500 AZN;
- İş rejimi həftənin 6 günü (08:00 – 17:00), Şənbə günü qısa iş günü. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Namizəd üçün tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə);
- 3-5 il iş təcrübəsi;
- Azərbaycan dillərində sərbəst danışmaq bacarığı (Rus dili arzuolunandır);
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı;
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq.
Maraqlanan namizədlər CV-ləri “Aparıcı mühasib” başlığı altında e-mail ünvanına göndərə bilərlər.