Satıcı - Məsləhətçi

İşin təsviri

Vəzifə Satıcı- Məsləhətçi

Vəzifənin təsviri:

Universal Az şirkəti pərakəndə satış şöbəsinin mağaza bölümünə Satıcı – Məsləhətçi vakansiyası üzrə müsabiqə elan edir. Şirkət tikinti avadanlıqları satışı üzrə ixtisaslaşmışdır.

Satıcı – Məsləhətçilərin vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir:

• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək
• Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis xidmətləri haqqında ətraflı məlumat vermək
• Müştərinin ehtiyacını öyrənmək və ona uyğun bölməyə istiqamətləndirmək
• Müştəriyə seçim etməkdə kömək etmək, onun tələblərini qarşılayacağı məhsulları göstərmək və onlar haqqında məlumat vermək
• Məhsulun funksiyası, texniki göstəriciləri ilə tanış etmək

Vəzifəyə olan tələblər:

Təhsil: Ali
Dil bilikləri: Azərbaycan Dili, Rus dili (Ingilis dili biliyi üstünlükdür)
Kompüter bilikləri: Ofis Proqramları (1C üstünlükdür)
İş təcrübəsi: minimum 1il (üstünlükdür)

Satış bacarıqları:

- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Müştərilər tərəfindən gələcək etirazları səbrlə dinləmək və qarşılamaq qabiliyyəti
- Müştərini qazanmaq qabiliyyəti

Vəzifə ilə maraqlandığınız təqdirdə CV-lərinizi və ya istək məktubunuzu [email protected] ünvanına göndərməyiniz xahiş olunur.