Təchizat üzrə aparıcı mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsili: Ali təhsil
  • İş təcrübəsi: ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Kompüter bilikləri: MS Office proqramları,1C
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); Digər dillər əlavə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

  • Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanması, qurum və bölmələrin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatların qarşılanmasını təmin  edir.
  • Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələrini axtarır;
  • Yerli  və xarici bazarın monitorinqini aparır;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir;
  • Satınalma strategiyasının layihəsinin hazırlanmasında iştirak edir;
  • Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür.
  • Material resurslarının istifadəsinin səmərəliliyinin artırılması, ehtiyatların daşınması və saxlanması ilə əlaqədar xərclərin azaldılması, ikinci dərəcəli ehtiyatların və tullantılarının təkrar istifadəsi, yerli resurslardan istifadə edilməsinə nəzarət sisteminin təkmilləşdirilməsi, artıq xammalın, materialların, avadanlıqların və digər növ material ehtiyatının aşkar edilməsi və reallaşması üzrə tədbirlər planlarının hazırlanması və tətbiqində iştirak edir;
  • Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir;
  • Müəssisənin maddi-texniki təchizatı planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib edilməsini təmin edir.
  • Mal- material təchizatı üzrə iddiaçıların cəlb olunmasını, müsabiqənin təşkilini və keçirilməsini təmin edir;
  • Mal-material və avadanlıqlar barədə rəyin alınmasını təmin edir;
  • Daşımalara nəzarəti həyata keçirir;
  • Şirkətin struktur bölmələrindən tələbnamələrin toplanmasını təmin edir;
  • Malların qəbulu ilə bağlı komissiyaların işində  iştirak edir;
  • Material ehtiyatlarının və komplektləşdirici dəstlərin vəziyyətinin, müəssisədə istehsal ehtiyatlarının operativ tənzimlənməsinin, material resurslarının buraxılması limitinə nəzarətin və onların müəssisə bölmələrində təyinatı üzrə istifadə olunmasının  yoxlanılmasını təmin edir;
  • Yaranan problemlər barədə birbaşa rəhbərini vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin  həyata keçirilməsində iştirak edir;
  • Satınalma və Təchizat üzrə sənədləşmənin aparılmasını təmin edir;
  • Mal hərəkəti ilə əlaqədar bütün proseslərin proqram üzrə aparılmasını təmin edir;
  • Avtomobillərlə, vaqonlarla idxal olunan məhsulların, mal-materialların, əsas və köməkçi vəsaitlərin gömrük orqanlarında rəsmiləşdirmə işlərini aparmaq üçün lazımi sənədlərin hazırlanmasını təmin edir;
  • Sənədləri gömrük bəyamnaməsinin hazırlanması üçün müvafiq Gömrük İdarəsinə təqdim edir;
  • Gömrük bəyamnaməsinə uyğun olaraq hesablanmış dövlət rüsumunun ödəniləsinə və ödənilmiş dövlət rüsumunun qəbzlərini müvafiq orqanlara (şəxslərə) təqdim edir;
  • Gömrük işlərini həyata keçirdiyi zaman rəhbərliyin tapşırıqlarını  Azərbaycan Respublikası qanunları çərçivəsində həyata keçirir;
  • İdxal olunan məhsulların, mal-materialların, əsas və köməkçi vəsaitlərin gömrük rəsmləşdirilməsi proseslərini təmin edir;
  • Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir;

Bacarıq və səriştələr:

  • Tikinti sahələrində istifadə olunan avadanlıq və materiallar haqqında məlumatlar.
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını.
  • Fövqəladə hallar zamanı davranış qaydalarını.

Müraciət qaydası:

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
  • Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “təchizat üzrə aparıcı mütəxəssis" adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.