Laboratoriya inspektoru (Kürdəmir)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 27.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.

İş haqqında məlumat:

  • Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
  • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
  • Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
  • Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.

İş şərtləri:

  • İş ünvanı: Kürdəmir Süd Emalı Zavodu MMC 
  • İş qrafiki: 3 növbəli qrafik
  • Digər regionlardan müraciət olarsa daimi yaşayış və 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

Email-in mövzu hissəsində “Laboratoriya inspektoru (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi