Anbardar

  • Otomed
  • Elanın qoyulma tarixi: 17.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Məhsulların anbara qəbulu, yerləşdirilməsi və buraxılmasının təmin edilməsi;   
  • Anbarda olan məhsulların qeydiyyatının aparılması;   
  • Işçilərin inventar tapmasının asanlaşdırılması, inventarın yeri və miqdarı haqqında real vaxtda məlumat verilməsi;
  • Məhsulları anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, markalanmanın düzgünlüyünü və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
  • Məhsulların xüsusiyyətindən asılı olaraq onların anbarda düzgün yerləşdirilməsinin təmin edilməsi;
  • Məhsulların anbardan ixracı zamanı, yüklərin faktiki miqdarının, markalanmanın düzgünlüyünün və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
  • Məhsulların anbardan ixracı və anbara idxalı barədə xüsusi proqram vasitəsi ilə müvafiq qeydlərin aparılması;
  • Müəyyən olunmuş məhsulların aidiyyatı üzrə çatdırılmasının təmin edilməsi;
  • Məhsulları qəbul edərkən və ya təhvil verərkən sənədlərin dəqiqliyinin yoxlanması;
  • Görülən işlə bağlı normativ sənədlərin daima nəzarətdə saxlanılması;
  • Anbarda olan məhsulların təhlükəsizliyini və salamatlığını təmin edilməsi.

Tələblər:

  • Ali təhsil
  • Aidiyyatı sahə üzrə minimum 6 ay iş təcrübəsi
  • Azərbaycan dili biliyi səlis, rus dili biliyi arzuolunan
  • Ofis proqram biliyi xüsusən Excell yaxşı
  • İşində punktual, operativ və məsuliyyətli
  • Yüksək qərar qəbul etmə bacarığı
  • Komandada işləmə bacarığı.

İş qrafiki:

  • İş günləri: I-V- tam, VI-yarım iş günü

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.