Ticarət meneceri

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 09.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ticarət meneceri (Commerce Manager)

İşin təsviri

1. Resursları nəzərdən keçirmək, tələbləri müəyyən etmək, internet səhifəsinin uğurlu fəaliyyəti və satış nəticələri ilə bağlı göstəriciləri müəyyən etmək;

2. Texniki şərtlər, biznes tələbləri ilə müqayisədə inzibati, texniki xidmət tələblərini yoxlayıb onların müəssisənin məqsəd və gözləntiləri ilə uyğunluğunu təsdiq etmək, texniki şərtlər, biznes tələbləri əsasında fəaliyyət üzrə müqayisəli göstəricilər hazırlamaq;

3. Seçilmiş ödəniş sistemini təhlil etmək və dar intervallar çərçivəsində təhlükəsizliyi təsdiq etmək;

4.Seçilmiş təşviqat formaları və satışa dəstək büdcəsinin bölüşdürülməsinin qiymətləndirilməsini həyata keçirmək;

5.Rəqiblərin internet səhifələri, satış üzrə statistik məlumatlar və müştərilərin davranışları üzrə bazarı izləmək və araşdırmaq, internet saytının müxtəlif axtarış sistemlərində yerləşdirilməsini həyata keçirmək.

6.İnternet səhifəsinin faktiki fəaliyyətini (satış) əsas sahələr üzrə fəaliyyət göstəriciləri ilə müqayisə etmək və nəticələri qeydə almaq;

7. İnternet səhifəsində satışlar ilə bağlı fəaliyyət və proseslərin sabitliyini saxlamaq üçün müvafiq prosedur və siyasətlər hazırlamaq;

8. Qüsurları aşkar etmək və ya internet səhifəsinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

9. Biznes tələblərinə, təşkilatın siyasət və prosedurlarına uyğun olaraq təkmilləşdirmə işlərini həyata keçirmək;

Namizədə olan tələblər :

Ali təhsil ( İqtisadiyyat və marketing üzrə təhsil alanlara üstünlük veriləcək)
Bu sahə üzrə 3-5 il iş təcrübəsi

Dil Bilikləri : Azərbaycan dili, Rus Dili , İngilis dili ( əla)

Kompüter və ofis texnikasından istifadə.(Ofis programları mükəmməl)

Kollektivdə işləmək bacarığı

Yaş : 23-40

Əmək Haqqı 1000-1500 azn

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “Ticarət meneceri (Commerce Manager) ” qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.Bu sahə üzrə təcrübəsi olmayan müraciyətlərə baxılmayacaq.

İşəgötürənin reytinqi