Korporativ satış meneceri

  • Indigo
  • Elanın qoyulma tarixi: 10.05.2024

İşin təsviri

Tələblər:

  • Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; mətbəə sahəsində işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq. 
  • Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir! 
  • Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
  • Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Öhdəliklər:

  • daimi müştəriləri qoruyub saxlamaq;
  • yeni korporativ müştəriləri cəlb etmək;
  • aylıq iş planına uyğun olaraq müştəri ziyarətləri həyata keçirmək;
  • müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələr etmək;
  • kommersiya təkliflərini hazırlamaq və müştərilərə göndərilməsini təmin etmək;
  • aylıq satış hədəf və planlarını hazırlamaq və icrasını həyata keçirmək;
  • müştəri narazılıqlarını aradan qaldırmaq 

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  • CV - bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq;
  • satış planını mütəmadi yerinə yetirmək;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • satış texnologiyası üçün skriptləri birlikdə yaratmaq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;

Namizədlər CV-lərini e-mail ünvanına göndərməlidirlər.