Korporativ satış meneceri

  • Indigo
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; mətbəə sahəsində işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq. 

Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir! 

Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.

Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.

Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Öhdəliklər:

  • daimi müştəriləri qoruyub saxlamaq;
  • yeni korporativ müştəriləri cəlb etmək;
  • aylıq iş planına uyğun olaraq müştəri ziyarətləri həyata keçirmək;
  • müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələr etmək;
  • kommersiya təkliflərini hazırlamaq və müştərilərə göndərilməsini təmin etmək;
  • aylıq satış hədəf və planlarını hazırlamaq və icrasını həyata keçirmək;
  • müştəri narazılıqlarını aradan qaldırmaq 

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  • CV - bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq;
  • satış planını mütəmadi yerinə yetirmək;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • satış texnologiyası üçün skriptləri birlikdə yaratmaq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.