Müəllim / Müəllim köməkçisi

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 18-45
  • Təhsil: Ali 
  • İş təcrübəsi: Bu sahədə təcrübəsi  olanlara üstünlük verilir 
  • Dil bilikləri: Rus (əla)-arzu olunandır, Ingilis dili (əla)-  mütləqdir

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı 
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı 
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi 
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı 

Əsas vəzifə öhdəlikləri:

  • Dərslərin program üzrə tədris olunması
  • Uşaqlara qayğı və sevgi ilə yanaşmaq
  • Uşaqlara qulluq etmək 
  • Uşaqlara nəzarət etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
  • Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq 

İş şərtləri:

  • İş vaxtı 08:00 – 18:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir) 
  • Əmək haqqı 500 AZN-1000 AZN 

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun 
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur 
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin 
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir 
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur 
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müəllim ve müəllim komekçisi” qeyd etmələri xahiş olunur.