Anbardar

  • iVolt
  • Elanın qoyulma tarixi: 08.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Enerjili, motivli və müştərilərə fokuslanan bir komandaya qoşulmaq istəyirsinizsə, biz sizə vəd edirik:

  • Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Uğurlu karyera üçün zəruri olan şəxsi və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
  • Daim araşdıran, yeniliyə və təşəbbüskarlığa önəm verən komandanın üzvi olma imkanı.

Vəzifə və öhdəliklər:

Anbarın günlük idarəsi:

  • Anbara daxil olan malların sənədlərə uyğun qəbulunu, uçotunu və çıxarılması işlərini yerinə yetirmək.
  • Daxil olan və çıxan malları yoxlamaq və yoxlanılma sənədlərini tərtib etmək.
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək, markalanmanı düzgün həyata keçirmək, qablaşdırılmanın vəziyyətinə nəzarət etmək.
  • Anbardaxili əməliyyatların gündəlik uçotunu təşkil etmək və hesabatlılığı təmin etmək.
  • Anbarda qalan malların sayına və keyfiyyətinə nəzarət etmək.

Sifarişlərin hazırlanması və göndərilməsi:

  • Sifarişlərin yüklənməsinə və hazırlanmasına rəhbərlik etmək.
  • Malların sifarişlərə uyğunluğunu yoxlamaq və sifarişləri tam vaxtında hazırlamaq.
  • Göndərilmək üçün hazırlanmış sifarişlərin qablaşdırılmasını, işarələnməsini və müxtəlif istiqamətlər  üzrə komplektləşdirilməsini təmin etmək.

Anbar qaydalarının və əməyin təhlükəsizliyinə nəzarət:

  • Anbarda əməyin təhlükəsizliyinə və  malların qorunmasına, itkilərin qarşısını almaq üçün mühafizənin təşkilini təmin etmək.
  • Yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;

Məlumatların Düzgün Qeydiyyatı:

  • Anbar daxilindəki malların və sənədlərin düzgün qeydiyyatını apararaq məlumatların ERP məlumat mərkəzinə işlənilməsini təmin etmək.

Həftəlik və Aylıq Hesabatlar:

  • Anbardakı qalan mallar, daxil olan və çıxan mallar haqqında həftəlik və aylıq hesabatlar hazırlamaq.

Əlavə Vəzifələr:

  • Anbarın təmizliyini təmin etmək.
  • Zəruri hallarda – yüklərin sənədləşməsində kənarlaşmalar, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək.

Tələb olunan biliklər:

  • Tələb olunan vəzifədə minimum 3-5 il (Elektronika və məişət avadanlıqlarının satışı sahəsində üstünlükdür) iş təcrübəsi;
  • Ali təhsil; 
  • Azərbaycan dili-səlis; Rus/İngilis dili arzuolunandır;
  • Ofis proqramları, Excel və 1 C bilikləri mütləqdir;
  • Müqavilə və sənədlərlə işləmə bacarığı

Tələb olunan bacarıqlar:

  • Məsuliyyət və problem həlletmə bacarığı;
  • Detallara diqqət etmə bacarığı
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma və vaxtı idarə etmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı/ İvolt 
  • İş vaxtı: 5 günlük  09:00-18:00 
  • Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

Məktubun mövzu hissəsində “Anbardar” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

iVolt tərəfindən digər vakansiyalar