İşin təsviri
Satış planını yerinə yetirmək:
- Təyin olunmuş ərazidə satış planının icrasını təmin etmək;
- Satış məqsədlərinin yerinə yetirilməsi üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
- Satış hədəflərinə çatmaq üçün günlük və aylıq fəaliyyət planları hazırlamaq;
Satış həcmini artırmaq:
- Müştəri tələblərini analiz etmək və satış həcmlərini artırmaq üçün müvafiq tədbirlər görmək;
- Məhsul və xidmətlərin tanıdılması və satışının artırılması üçün yeni üsullar təklif etmək;
- Rəqabət bazarını araşdırmaq və uyğun satış strategiyalarını inkişaf etdirmək;
Yeni müqavilələr bağlamaq:
- Yeni müştərilər cəlb etmək və aktiv müştəri bazasını genişləndirmək;
- Müqavilə şərtlərinin müzakirə edilməsi və razılaşdırılması;
- Müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və müştəri məmnuniyyətini təmin etmək;
İşlərin uçotunu aparmaq:
- Günlük, həftəlik və aylıq satış hesabatlarının tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi;
- Satış fəaliyyətlərinin izlənilməsi və analiz edilməsi;
- Satış məlumatlarının mütəmadi olaraq yenilənməsi və saxlanılması;
Qurğularda işlərə və ödənişlərin daxilolmalarına nəzarət etmək:
- Satışın həyata keçirildiyi qurğularda işlərin düzgün icrasına nəzarət;
- Satışlardan əldə edilən ödənişlərin vaxtında və düzgün daxil olmasına nəzarət etmək;
- Müştəri borclarının izlənilməsi və vaxtında ödənilməsini təmin etmək;
Tələblər:
- Tələb olunan vəzifədə minimum 3 il;
- Ali təhsil;
- Azərbaycan dili-mütləqdir, Rus dili və İngilis dili arzuolunandır;
- Şəxsi avtomobilin olması mütləqdir;
- Sürücülük vəsiqəsi-B kateqoriyası mütləqdir;
- Ofis proqramları
Xüsusi Bacarıqlar:
- İşə məsuliyyətli yanaşma bacarığı;
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma və vaxtı idarə etmək bacarığı
İş şəraiti:
- İş yeri: Bakı;
- İş vaxtı: 5 günlük /09:00-18:00;
- Əmək haqqı: 1 500-1 800 AZN və satışdan bonus
Məktubun mövzu hissəsində “Satış nümayəndəsi” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.