İşin təsviri
Planlaşdırma və Dizayn:
- Texniki spesifikasiyalar və standartlara əsasən şarj stansiyalarının layihələndirilməsini və dizayn edilməsini həyata keçirmək
- Elektrik yükünün hesablamaq və texniki sənədləri hazırlanmaq.
- Quraşdırma yerinin seçilməsi və layihənin optimal həyata keçirmək üçün planlamanı təşkil etmək.
Montaj və Quraşdırma:
- Elektrik avadanlığının, kommunikasiya və kontrol sistemlərinin quraşdırılması və tənzimlənməsinə nəzarəti həyata keçirmək.
- Elektrik şəbəkəsinin quraşdırılması və müvafiq bağlantıların təmin edilməsi üçün norma və standardları müəyyən etmək.
- Quraşdırılmış sistemlərin işə salınması və fəaliyyət yoxlanışlarının aparılması üçün prosedurları tərtib etmək.
Texniki Nəzarət və Təlim:
- Montaj işləri zamanı texniki standartların və iş təhlükəsizliyi qaydalarının nəzarət etmək.
- İşçilərin şarj stansiyalarının istifadəsi və təmiri barədə təlimlərin təşkil etmək
- Təlim və tədris proqramlarının hazırlanması və tətbiqi.
- Yenilikləri , texniki innovasiyaları və texnologiyaları izləmək və tətbiqi üçün təkliflər hazırlamaq
- Avadanlıqların vəziyyətinə və düzgün qaydada istismarına nəzarət etmək
Tələblər:
- Elektrik/Energetika sahəsi üzrə ali təhsil;
- Minumum 5 il iş təcrübəsi
- Dil biliyi Azərbaycan, rus dili üstünlükdür
- Elektrik sahəsinə aid texniki standartları və iş təhlükəsizliyi qaydaları üzrə dərin bilikləri
- Ofis proqramlarını bilmək;
- Autocad proqramını bilmək;
Xüsusi bacarıqlar:
- İşi təşkiletmə və idarəetmə bacarığı
- Ünsiyyətqurma və komandada işləmə bacarığı.
- Zamanın idarəolunması və prioritetləşdirmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Mühəndis Elektrik (elektromobil üçün şarj stansiyaları üzrə)” yazıb elektron poçt ünvanına göndərin.