İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Qəbul olunan idxal və ixrac daşımalarını qiymət sorğusu etmək,
- Daşımaları həyata keçirən uyğun nəqliyyat firmaları tapmaq,
- Daşıma firmaları ilə danışıqlar aparmaq,
- Logistik proseslərin sənədləşməsini hazırlamaq,
- Sifarişləri təqib etmək və sifarişçilərə mütəmadi məlumat vermək.
Seçim meyarları:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Təhsili/ixtisası: Ali təhsil
- Bacarıqlar: MS office, Logo proqramı
- Dil bilikləri: Rus və İngilis dili biliyi yüksək səviyyə
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- Struktur: Logistika şöbəsi
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Logistika üzrə mütəxəssis" başlığı altında e-mail ünvanına göndərmələri xahiş olunur