Reklam PR Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hədəf kütlə istiqamətli araşdırmaların icra edilməsi
  • Şirkətin hədəf, məhsul və ya xidmətlərini tanıtmaq üçün strategiyaların inkişaf etdirilməsi
  • Rəqib analizi və bazar araşdırmalarının aparılması
  • Şirkətin imic və logo işlərində yaxından iştirak edilməsi
  • İllik reklam PR plan və büdcələrinin hazırlanması 
  • Kampaniyalari hazırlanması və icra edilməsi
  • Reklam agentlikləri və media şirkətləri ilə koordinasiyanın təmin edilməsi
  • Hazırlanmış mətbuat bülletenlərinin nəzərdən keçirilməsi və təsdiqlənməsi
  • Media fəaliyyətlərinin proqramlaşdırılması, mətbuatın izlənməsi və aidiyyatı xəbərlərin ötürülməsi
  • Müəssisə haqqında çıxan xəbərlərin izlənməsi və monitorinqi
  • Marka fəaliyyətlərinin inkişaf etdirilməsi
  • Marketinq məqsədləri istiqamətində yerli, regional və beynəlxalq ictimaiyyətlə əlaqələr kampaniyalarının əlaqələndirilməsi
  • Sosiyal media hesablarının aktiv olaraq idarə olunmasının təmin edilməsi
  • Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi

Tələblər:

  • Ali təhsil (marketinq və ya biznesin idarə olunması sahəsində)
  • Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. Rus və/ və ya İngilis dillərini bilməsi. 
  • Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
  • Reklam şirkətləri və medya quruluşları ilə işləmə qabiliyyəti
  • Fərqli düşünmə bacarığı
  • Bir neçə tapşırığı idarə etmək, analitik düşüncəyə sahib, problemləri həll etmə bacarığı;
  • Qrupla işləmə bacarığı,idarəetmə, ünsiyyət qurma bacarığı
  • Yalnız bəy namizədlər müraciət etsin

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi 6 günlük
  • İş rejimi:08:30 – 18:00
  • Əmək haqqı müsahibə əsasında
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

Zəhmət olmasa, CV-nizi mövzu yerində “Reklam PR menecer”vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.