Əməliyyatçı-xəzinədar (Lənkəran və Masallı filialı)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 01.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Lənkəran və Masallı filialına Əməliyyatçı-xəzinədar vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
• Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
• Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
• “Şimşək” pul köçürmələri üzrə əməliyyatları aparmaq və həyata keçirilən əməliyyatın sistemdə icrasını təmin etmək;
• Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
• Əmanət kitabçasında yazılışları aparmaq;
• Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
• Müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
• Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
• Müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan  sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
• 1 ildən çox əməliyyat aparmayan müştərilərin hesabları bağlamaq, hesab qalıqlarının uçotunu aparmaq;
• Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
• Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;
• Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək;
• Müştərilərə çarpaz satışların təqdim etmək;
• Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımı, bu sənədlərin Reyestrlə Baş nəzarətçiyə təqdim etmək;
• VİP müştərilər barədə Bankın qəbul etdiyi meyarlara uyğun gələn müştərilər haqqında  filial müdirini  məlumatlandırmaq.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi və ya riyazi təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 mart 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.