1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.
Azərsun Holdinq Satınalma üzrə Mütəxəssis vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.
İş haqqında məlumat:
- Alınan məhsulların logistika fəaliyyətlərini tənzimləmək;
- Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinə nəzarət etmək;
- Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərini aparmaq;
- Məhsul haqqında məlumatı satınalma proqramına daxil etmək;
- Mühasibatlıq şöbəsi ilə lazımı sənədləşdirmə işlərinin aparılıması;
- İş qrafiki: həftəiçi 5 gün (09:00-dan 18:00-dək).
Əsas tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Rus və Ingilis dillərində səlis danışıq və yazışma bacarığı;
- Satınalma sahəsində ən az 2 il iş təcrübəsi;
- 25-35 yaş aralığında olmalı;
- MS Office proqramlarını (xüsusən Excel və Word) yüksək səviyyədə bilməli;
- Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması ;
- Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtləri və INCOTERMS-i bilməli;
- Akkredidasiya şərtlərini və digər bank əməliyyatlarını bilənlərə üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 03.04.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Satınalma üzrə Mütəxəssis”) qeyd olunmalıdır.
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.