İşin təsviri
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşəbbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Maliyyə əməliyyatlarına nəzarət etmək;
- SAP-da mühasibatlıq müxabirləşmələrinə və ay bağlanışına nəzarət etmək;
- Aylıq maliyyə hesabatlarını hazırlamaq (Balans, MZH və Nağd pul axını);
- Cari maliyyə əməliyyatlarının qiymətləndirilməsi, təkmilləşdirilməsi və maliyyə təhlillərində iştirak etmək;
- Nəticələri, tendensiyaları və maliyyə proqnozlarını müəyyən etmək üçün aylıq və illik hesabatların yaradılması;
- Qərar qəbul etmə prosesi üçün rəhbərliyin vacib olan məlumatlarla təmin etmək;
- Büdcənin qurulmasında iştirak etmək və ona nəzarət etmək;
- Hesabat və analitik prosedurları asanlaşdırmaq üçün digər şöbələrlə əməkdaşlıq etmək.
Tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- F3/F7 mütləqdir. CFA L1/F2/F5/F9 arzuolunandır;
- SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
- Dil bilikləri: Rus dili və ya İngilis dili
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı;
- Düzgün analiz edəbilmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Maliyyə nəzarəti üzrə baş mütəxəssis” yazıb elektron poçt ünvanına göndərin.