Strateji satınalma şöbəsinin Müdiri

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və ya idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (5 il ümumi iş təcrübəsi mütləqdir);
  • Komandanın və vaxtın idarə olunması bacarığı; 
  • İnduktiv və analitik təhlil bacarığı;
  • Microsoft Ofis və Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.

Görəcəyiniz işlər: 

  • Agentlik üçün tibbi xidmət ehtiyaclarının təhlili və göstərdiyimiz xidmətlərə dəyər əlavə edən imkanların müəyyən edilməsi;
  • Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması ilə təchizatçılardan və şirkətdən məlumatların toplanması;
  • Xidmətlərin təhlili və onlara uyğun olaraq tərəfdaşlıqların və məhsuldar əlaqələr şəbəkəsinin qurulması;
  • Özəl tibb müəssisələri və təchizatçılar ilə təklifləri müzakirə etmək və müqavilə bağlanması;
  • Onların performansı üçün KPİ-ların müəyyənləşdirilməsi və idarə edilməsi;
  • Agentlik üçün riskləri və xərcləri azaltmaq məqsdəli satınalma strategiyalarının təklifi və həyata keçirilməsi;
  • Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
  • Təhlillərin nəticələri ilə bağlı təqdimatların və tərəfdaşlıqların təklif edilməsi;
  • Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi (bazar ertəsi-cümə);
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 15.05.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.