Könüllü

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 26.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC İnsan Resursları Departamentində təcrübə keçmək üçün könüllüləri seçim prosesinə dəvət edir.

Fəaliyyətin təsviri:

- Daxil olan və departamentdən göndərilən sənədlərin qeydiyyatının aparılması; 

- İmzalanmış əmrlərin qeydiyyatı və müvafiq strukturlara göndərilməsi;
- Kadrların idarə olunmasında istifadə olunan proqram vasitəsilə sənədlərin qeydiyyatı və göndərilməsi;
- İşçilər barədə arayışların və xasiyyətnamələrin hazırlanması;
- İşçilərin anket məlumatlarının proqrama daxil edilməsi;
- Şəxsi işlərin arxivləşdirilməsi;
- Əmək kitabçalarının qeydiyyatı jurnalının mütəmadi yenilənməsi;
- Təcrübəçilərin şəxsi işlərinin və müqavilələrinin hazırlanması;
- Təlim ilə bağlı sənədlərin skan edilmısi və qovluklara tikilməsi;
- Təlim əmrlərini skan edilməsi və göndərilməsi;
- Filiallarda olan təcrübəçilər barədə hesabatların verilməsi;
- Test paketlərini çap edilməsi;
- Testin keçirilməsinə iştirak, test nəticələrinin elektron hesabatın hazırlanılması;
- Təcrübəçiləri telefonla testə dəvət edilməsi;
- Digər kargüzarlıq işlərinin icrası.

Namizədə qarşı tələblər:

- İqtisadiyyat, idarəetmə, hüquq, sosiologiya, psixologiya istiqamətləri üzrə ali təhsili yeni bitirmiş və ya son kurs tələbəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
- Dil biliyi (Ingilis dili – yüksək səviyyədə), Rus dili arzu olunandır; 
- Analitik düşünmə qabiliyyətli;
- Zəhmətsevər, yaradıcılıq;
- Bəy namizədlərə üstünlük verilir;
- Yalnız öyrənmək məqsədi olan, digər gözləntisi olmayan şəxslər;
- Ən azı 6 ay müddətində könüllü kimi çalışmaq imkanı olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 mart 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Könüllü) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.