Baytar

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Baytar vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat

• İri buynuzlu və kiçik baş heyvanların (həmçinin ev quşları)     epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
• Xəstə heyvanların müalicə edilməsi;
• Qida və emal üçün nəzərdə tutulan  məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.

Namizədə olan tələblər

• Cinsi- Kişi;
• Baytarlıq sahəsi üzrə ali təhsil;
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə  cavab verən namizədlər öz CV– lərini 21.03.2014  tarixinədək [email protected]

elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Baytar”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında  ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi