Baş mühasib

İşin təsviri

Namizədə tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatliq və ya maliyyə ixtisasi üzrə, magistr dəracəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatliqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
  • Kompüter bilikləri: MS Office/Excel (əla)
  • PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı olması üstünlükdür

İş barədə məlumat:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;

6 günlük iş qrafiki, 6-cı gün yarı iş günü

İş yeri: Masazır dairəsi

Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı razılaşma əsasında.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.