Audit Meneceri

İşin təsviri

Vəzifənin icmalı:

  • Daxili Audit Departamentinin fəaliyyətininin idarə edilməsini həyata keçirir və onun yerli qanunvericiliyə, daxili normativ sənədlərə, qabaqcıl təcrübələrə və Beynəlxalq Daxili Auditorlar İnstitunun Standartlarına uyğunluğunu təmin edir;
  • Daxili Audit Departamentin illik Audit Planının və büdcəsinin tərtib edilməsini və icrasını təmin edir, Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işguzar münasibətləri dəstəkləyir;
  • Liderlik və idarəçilik nümayiş etdirir, komandanın biznes məqsədlərinə və şəxsi karyera hədəflərinə uyğun olaraq peşəkar və şəxsi bacarıqların artırılmasına yardımçı olur.

Funksiolnal vəzifələr:

  • Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
  • Daxili Audit Departamentinin büdcəsini hazırlamaq, Audit Komitəsinə təsdiq üçün təqdim etmək və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
  • İllik Audit Planını hazırlamaq və Audit Komitəsinə təqdim etmək;
  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsini təmin etmək;
  • Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığını müəyyən etmək, audit layihəsinin gedişatına və büdcəsinə nəzarət etmək;
  • Audit layihələri üzrə hesabatların hazırlanmasını və müvafiq strukturlara (Audit Komitəsi, İdarə Heyəti və s.) təqdim edilməsini təmin etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək və icra statusu haqqında Audit Komitəsini mütəmadi qaydada məlumatlandırmaq;
  • Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların Audit Komitəsinə vaxtı-vaxtında təqdim edilməsini təmin etmək;
  • Daxili Audit Departamentinin əməkdaşlarının iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
  • Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən etmək; 
  • Daxili auditin işini müəyyən edilmiş peşəkar standartlara uyğun həyata keçirməsini təmin etmək;
  • Nəzarətində olan əməkşaların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Audit Komitəsinin Daxili Audit Departamenti ilə bağlı digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
  • Daxili komitələrdəki müzakirələrdə iştirak etmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil); 
  • Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklər;
  • Şirkətdaxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Effektiv kommunikasiya, planlaşdırma və insan resurslarının idarə edilməsi bacarıqları;
  • Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatları (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Audit Menecer” qeyd olunmalıdır;
  • CV-lər 20 may, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

İşəgötürənin reytinqi