Məsləhətçi

İşin təsviri

Dünya Bankı və Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilən Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu (LHKQ) Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi çərçivəsində Sosial və Gender məsələləri üzrə yerli məsləhətçi vəzifəsinə müsabiqə elan edir. Kvalifikasiyalar: Məsləhətçi aşağıdakı kvalifikasiyalara malik olmalıdır: Sosial və ya gender məsələləri ilə əlagədar sahələrdə elmi dərəcəsi, Azərbaycanda gender problemləri və gender yanaşmasına dair iş təcrübəsi. Əlavə olaraq, Məsləhətçinin sosiologiya sahəsi üzrə təhsil və gender məsələləri üzrə təlim kimi təcrübəsi olmalıdır.

Məsləhətçidən tələb olunan bacarıqlar:

Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə danışa bilmə, MS Ofis proqramlarında səriştəli işləyə bilmə v həm şifahi həm də yazılı şəkildə güclü ünsiyyət qurmaq bacarıqları.

Maraqlanan şəxslərdən öz tərcümeyi-hallarını (kadrlar uçotu üzrə şəxsi vərəgə, ali təhsil haqqında diplomun surəti, 1 ədəd fotoşəkil, tərcümeyi-hal) əvvəlki işlərini ətraflı təsvir etməklə aşağıdakı ünvana təqdim etməlidirlər: 

Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu, AZ1012, Bakı, Moskva pr., 69A, dördüncü mərtəbə, əlaqələndirici şəxs E.Vəliyev.

Telefon: 431-57-90, 430-32-48.

Sənədlərin son təqdimat tarixi 03 mart 2014-cü il təyin olunmuşdur.