Texniki ofis mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;
  • Tenderlər keçirilərkən ilkin müqavilə qiyməti təklifinin hazırlanmasında və əsaslandırılmasını icra edir;
  • Sifariş verilən layihələr üçün tikinti müqaviləsinin hazırlanmasında və təsdiq olunmasında iştirak edir;
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
  • Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
  • Maddi ehtiyatların tədarükçüləri (istehsalçıları, vasitəçiləri) ilə təchizat müqavilələri layihələrinin hazırlanmasında, bağlanmış tədarük müqavilələri üzrə qiymət məsələlərində şərtlərdəki dəyişikliklərin razılaşdırılmasında iştirak edir;
  • Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
  • Sifarişçi ilə podratçı arasında görülən işlər üçün ən optimal ödəmə sxeminin seçilməsində iştirak edir;
  • Subpodratçıların nümayəndələri ilə və həmçinin layihə təşkilatları ilə smetaların, həmçinin fərdi smetaların tikinti-quraşdırma işləri üçün qiymətlərini, maddi ehtiyatların smeta maya dəyərini, inşaat maşınlarının işləmə saatının qiymətini (yeni yüksək səmərəli, idxal olunmuş maşınlar daxil olmaqla), ümumi xərclərin və smeta edilən mənfəətin fərdi normalarını, işin dəyəri və inşaat dəyərinin konsolidə edilmiş smetasında nəzərdə tutulmuş məsrəfləri razışaldırır;
  • Subpodratçılar tərəfindən tikilən obyektlərdə xərclərin göstəriciləri və resursların dəyəri (tikinti işçilərinin çəkilən xərcləri, inşaat maşınlarının işləmə müddəti, material, məhsul və konstruksiyalara ehtiyac) haqqında məlumatların formalaşdırılmasında, yenilənməsində və saxlanılmasında, lazımi sənədlərin hazırlanmasında iştirak edir;
  • Tikinti zamanı ortaya çıxan dizayn həllərindəki dəyişikliklərin nəzərdən keçirilməsində və təsdiq edilməsində iştirak edir, zəruri hallarda materialların, məhsulların, konstruksiyaların dəyişdirilməsi (tikinti obyektlərinin keyfiyyətini aşağı salmadan) məsələlərini dərhal həll edir;
  • Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;
  • Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
  • Tikintinin gecikməsinin və keyfiyyətinin pisləşməsinin səbəblərini araşdırır
    quraşdırma işləri, onların aradan qaldırılmasında iştirak edir;
  • Tamamlanmış tikinti-quraşdırma işlərinin texniki qəbulunu həyata keçirir və
    lazımi texniki sənədləri hazırlayır;
  • Tikinti layihələrinin qəbulu və istifadəyə verilməsi üçün komissiyaların işində iştirak edir;
  • Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
  • Müəssisənin struktur bölmələrindən rəsmi vəzifələrinin icrası üçün zəruri olan məlumatları və sənədləri tələb edir;
  • Səlahiyyəti daxilində istehsal fəaliyyətinin operativ məsələlərini həll etmək üçün üçüncü tərəf qurum və təşkilatların bölmələri ilə birbaşa rəhbərliyinin tapşırığı əsasında əlaqələr qurur;
  • Rəhbərliyin nəzərdən keçirilməsi üçün bu təlimatda nəzərdə tutulmuş vəzifələrlə əlaqəli işlərin təkmilləşdirilməsi üçün təkliflər verir;
  • Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;
  • Tələb olduğu təqdirdə əlavə iş üçün smeta sənədləri tərtib edir;
  • Proseslərin bütün gedişatı ilə bağlı birbaşa rəhbərinə mütəmadi məruzə edir;
  • Birbaşa rəhbərin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edilməsində iştirak edir;
  • Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
  • Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
  • Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir;

Müraciət qaydası:

İş yeri: “AMAL GROUP”MMC

Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki:

  • Bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı və Qubadlı
  • Yaş həddi: 25-45
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Texniki ofis mühəndisi” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.