Resepşn – Ofis menecer

İşin təsviri

Xanım namizədlərə üstünlük verilir

Vəzifə təlimatları:

  • sənədləşmə işlərin aparılması, sənədlərin və elektron məlumatların saxlanmasına nəzarət;
  • telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi;
  • məktubların göndərilməsi və daxil olan korrespondensiyanı müvafiq departamentlərə yönləndirilməsi;
  • ofis ləvazimatlarının və avadanlıqların sifarişi və saxlanması 
  • rəhbərlik, işçi heyəti və xarici qonqlar üçün səyahətin və yerləşdirmənin təşkil edilməsi, ezamiyyələrin təşkili
  • tələb olunduğu halda görüşlərin təşkili, iclas və konfrans zalların sifariş edilməsi, 
  • sənədlərin və təqdimatların hazırlaması üçün MS Office proqram paketlərindən (o cümlədən Excel, Access və PowerPoint) istifadə edilməsi
  • işçilərin işə qəbulu üçün müvafiq sənədlərin hazırlanması, şəxsi faylların aparılması
  • işçi heyətinin təcrübəsini artırmaq məqsədi ilə terninglərin və təlimlərin təşkil edilməsi. 
  • hesabatların hazırlanması üçün HR menecerinə tələb olunan sənədlərin hazırlanması, təqdim olunması
  • Rəhbərliyə və ofis qonaqlarına çay, su, qəhvə və s. verilməsi
  • bütün ofisdə təmizliyə və dəqiqliyə nəzarət (ofis hər səhər biznes mərkəzinin xadimələri tərəfindən təmizlənir)

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və Rus dillərini yüksək səviyyədə həm yazılı, həm şifahi ünsiyyət bacarığı, İngilis dilini orta səviyyədə bilməyi
  • yaxşı təşkilatçılıq bacarığı
  • təqdimat bacarığı və detallara diqqət
  • öz işini planlaşdırmaq və deadline-lara ciddi riayət etmək
  • nəzakətlik, ehtiyatlılıq və məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
  • komandada işləmək bacarığı

İş günləri və saatları:

  • İş günləri - həftədə 5 gün, 9:00-dan 19:00-a qədərdir.
  • İş yeri : İzmir küçəsi 8, Hyatt Tower

Əmək haqqı: Başlanğıc NET 700 AZN

Xahiş olunur, CV-lərinizi mövzu hissəsində vəzifənin adını “Resepşn – Ofis menecer” qeyd etməklə göstərilən e-poçt ünvanlarına göndərəsiniz.