Memar

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, SketcUP, Lumion, Revit, ArchiCAD, AutoCAD və digər memar-dizayn proqram bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; Rus dili; İngilis dili, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 3 ildən az olmayaraq iş stajı; 
  • Punktual və ünsiyyətcil olması.
  • Komanda ilə işləmək bacarığı
  • Müştərilərlə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
  • Layihələrin  2D və 3D formatda eskizlərin hazırlanmasını
  • Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
  • Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
  • Layihə ilə bağlı ətraflı texniki hesablamalar aparmaq;
  • Sxemlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək və yoxlamaq;
  • Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
  • Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
  • Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
  • Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
  • Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;

Bilik və bacarıqlar: 

  • Bədii estetika və erqonomikanı;
  • Sxem və modellərin dizaynı və hazırlanması
  • Bədii-konstruktorlaşmanın və bədii-qrafika işlərinin metodlarını;
  • Layihə sənədləşməsinin vahid sistemini, layihə sənədlərinin tərtibini, işlənib hazırlanmasına qoyulan tələbləri, tikinti norma və qaydalarını; (QOST-lar və s.);
  • Tikinti və inşaat materialları, komponentləri və prosesləri; 
  • Layihələndirmədə müasir təcrübələri;
  • Yaşayış binaları, kiçik və orta ölçülü binalarda istifadə olunan ümumi konstruksiya və qeyri-konstruksiya üsulları; 
  • İnteryerin-eksteryerin qurulması ilə əlaqədar istifadə olunan materiallar və üsullar; 
  • İnteryer-eksteryerin layihələndirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş planlaşdırma normaları;

İş qrafiki: bazar ertəsi - cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 

Əmək haqqı: müsahibə əsasında (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Texniki ofis mühəndisi” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.