Mağaza müdir köməkçisi

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Tekstil sahəsində və müvafiq vəzifədə ən azı 2 il təcrübə;
  • Mükəmməl analitik və təhlil etmə bacarığı;
  • İşgüzar davranış etikası;
  • Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
  • Azərbaycan dili (səlis), Rus dili və İnglis dili (üstünlükdür);
  • Kollektivlə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;          

İş şərtləri:

  • Stabil iş;
  • AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 1000 azn + bonus
  • İş vaxtı: 6 günlük iş həftəsi,bir gün istirahət;

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Mağaza müdir köməkçisi” qeyd etmək mütləqdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.