Əmək haqqı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin etmək;
  • Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərini tərtib etmək;
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);;
  • İş təcrübəsi: müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
  • Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
  • Məsuliyyətlilik, operativlik, stressə dözümlülük
  • İş yeri: Məhəmmədi qəsəbəsi

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əmək haqqı üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi