Mağaza Müdiri

  • DNS Computers
  • Elanın qoyulma tarixi: 16.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Position: Mağaza Müdiri

Employer: DNS Computers

İş haqqında :

- İş qrafiki: Həftə ərzində  6 gün, 10:00-20:00
- Əmək haqqı :  800azn-1200azn (500azn sabit hissə + satışdan aylıq və rüblük bonuslar)
- İş yeri: DNS Computers`in Bakı və Sumqayıtda yerləşən pərakəndə mağazaları

Vəzifə öhdəlikləri :

- Satış Müdirinin tapşırıqlarının mağazada həyata keçirilməsini təmin etmək
- Rəhbərlik etdiyi komandanı satış hədəfinə yönəltmək
- Daima satışın artırılması istiqamətində təkliflərlə çıxış etmək
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək
- İşçi heyyətinin şirkətin daxili nizam qaydalarına əməl etməsini təmin etmək
- İşçi heyətinin təlimatlandırılması, iş bölgüsü və işlərin icrasına nəzarət etmək
- İşçi heyyətinin təlimi və məlumatlandırılması
- Mağazanın mal qalığını idarə etmək
- Back Office ilə əlaqələrin qurulması

Namizədə tələblər :

Xüsusi

- Kompüter, İT avadanlıqlar və ya elektrotexnika sahələri üzrə Mağaza Müdiri (və ya menecer) vəzifəsində ən azı 2il iş təcrübəsi.
- Ümumi pərakəndə satış sektorunda ən azı 5 il təcrübə.
- Rus və Azərbaycan dillərini bilmək.
- 1C , Microsoft Excel, Microsoft Outlook
- Ali təhsil (universitet)
- 25yaş-35yaş

Ümumi

- İdarəetmə  qabiliyyəti
- Nəticəyönümlülük və inkişafa meyillilik
- İşgüzar davranış etikası, məsuliyyət və  dəqiqlik,
- Yaranan problemlər zamanı çevik qərarvermə qabiliyyəti

Tələblərə uyğun namizədlər CV-lərini [email protected]  ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu yerinə " Mağaza müdiri " qeyd etməyi unutmayın. Yalnız seçilmiş namizədlər ilə əlaqə saxlanılacaq.