SMM Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi artırmaq üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Tik-tok və s.);
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına mükəmməl şəkildə əməl edərək mətnlərin yazılması;
  • Yüksək keyfiyyətli və satış yönümlü kontentin hazırlanması və sosial mediada paylaşılması;
  • Mövzuların hazırlanması və uyğun kopiraytinq;
  • Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək;
  • Müştərilərin müraciətlərinin operativ şəkildə cavablandırılması;
  • Aylıq fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin izlənilməsi;
  • Hesabatların hazırlanması və təqdim olunması.

Namizədə tələblər:

  • Mövcud sahədə minumum 1 il iş təcrübəsi;
  • Mövcud sahədə öyrənməyə və inkişafa həvəsli olmaq;
  • Yaradıcı və çərçivədən kənar düşünmə bacarığı;
  • Effektiv ünsiyyət  və komanda ilə işləmə bacarığı;
  • Yüksək araşdırma və analiz qabiliyyəti;
  • Tənqidi düşünmə və təşəbbüskarlıq;
  • İngilis və ya rus dillərindən hər hansı birini yaxşı bilmək;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Sahə üzrə lazım olan texniki alətlərdə işləmək bacarığı;
  • Dizayn proqramları ilə işləmə bacarığı;
  • Təhsil, şəxsi inkişaf, texnologiya sahəsinə marağı olan namizədlərə üstünlük veriləcək.

Uyğun namizədlərdən öz CV-lərini “SMM Menecer” başlığı altında 30.04.24-cü il tarixinədək e-mail ünvanına göndərmələri xahiş olunur.

Smartnation tərəfindən digər vakansiyalar